Xəbər verdiyimiz kimi, ötən gün Sərhəd Qoşunlarının keçmiş komandanı, general-mayor Abbasəli Novruzov vəfat edib.
Asayis.az Modern.az-a istinadla xəbər verir ki, hazırda mərhum generalın dəfn mərasimi keçirilir.
Mərhum Hərbi Memorial Məzarlıqda torpağa tapşırılır.
Dəfn mərasimində DSX rəisi Elçin Quliyev, Müdafiə naziri Zakir Həsənov və Baş Qərargah rəisi Kərim Vəliyev də iştirak edir.
