Cəlilabadın 12 kəndində qaz olmayacaq

 Cəlilabadın 12 kəndində qaz olmayacaq

Sabah Cəlilabad rayonunun 12 yaşayış məntəqəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Asayis.az xəbər verir ki, buna səbəb payız-qış mövsümünə hazırlıq işləridir.

Məlumata görə, 17 avqust saat 10:00-dan işlər yekunlaşanadək Cəlilabad şəhərinin Cavadxan, Ə.Cavad, Səttərxan-3, N. Tusi küçələrinin, həmçinin Abdullu, Fərzili, Zopun, Suluçeşmə, Astanlı, Əliabad, Məşədivəlli, Sərhədabad, Çünəxanlı, Cəfərli və Həsənli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

15:52 - 16 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin