Bakıda əməliyyat: saxlanılan var - Video

 Bakıda əməliyyat: saxlanılan var - Video

Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in mətbuat xidmətindən Asayis.az-a verilən məlumata görə, tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 34 yaşlı Elcan Hüseynov saxlanılıb.

Ondan 5 kiloqram narkotik vasitə və psixotrop tərkibli həblər aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma davam etdirilir.

18:34 - 15 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin