Xəbər verdiyimiz kimi, iyulun 30-da paytaxtın Xətai rayonunda yerləşən “Amay” Ticarət Mərkəzinin dayanacaq hissəsində "Seaside estate" şirkətinin rəhbəri 1991-ci il təvəllüdlü Orxan Yusubov qətlə yetirilib.
Asayis.az xəbər verir ki, mərhumun qardaşı Elcan Yusubov Unikal.az-a açıqlamasında hadisəni törətməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Sabir Camalovun onun qardaşının keçmiş işçisi olduğunu deyib.
Aralarında narazılıq yaranandan sonra onlar ayrılıblar və təqsirləndirilən şəxs özünə "Sabir Əmlak" adlı şirkətini qurub.
