Qubadakı zəlzələ ilə bağlı FHN məlumat yaydı

 Qubadakı zəlzələ ilə bağlı FHN məlumat yaydı

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 14.08.2026-cı il tarixində yerli vaxtla saat 20:56 dəqiqədə Quba rayonu ərazisində 13 km dərinlikdə 4.9 maqnituda zəlzələ qeydə alınıb.

Asayis.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd olunub ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək FHN-ə məlumat daxil olmayıb.

22:16 - 14 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin