Xərçəngə qalib gələn Türkiyə vətəndaşına Azərbaycanda vəzifə verildi - FOTO

 Xərçəngə qalib gələn Türkiyə vətəndaşına Azərbaycanda vəzifə verildi - FOTO

Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurası və İşçi Qrupunun görüşü keçirilib.

Asayis.Az Qaynarinfo-ya istinadla xəbər verir ki, Şuranın Türkiyə Respublikası üzrə təmsilçisi Gökhan Çoban şuraya sədr seçilib.

Yeni sədr uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, xəstəliyə qalib gəldikdən sonra bu vəzifəyə seçilib.

Qeyd edək ki, 10 ildir Azərbaycanda yaşayan və bir çox vəzifələrdə çalışan Gökhan Çoban hazırda ölkəmizdə fəaliyyət göstərən özəl bankların birində direktor müşaviri vəzifəsini icra edir. O, azərbaycanlı xanımla evlidir. Cütlüyün bu evlilikdən bir qız övladı var.

12:35 - 2 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin