Boru oğurlamaq istəyənləri polis iş üstündə yaxalayıb

 Boru oğurlamaq istəyənləri polis iş üstündə yaxalayıb

Dekabrın 1-də saat 22 radələrində Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin metal dekorativ borularını kəsərək oğurlamağa cəhd göstərən iki nəfər ərazidə xidmət aparan Binəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Asayis.Az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Onların Füzuli rayon sakini Adəm Şükürov və Şirvan şəhər sakini Məhərrəm Səfərov olmaları məlum olub.

Saxlanılanlar Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə təhvil veriliblər.

Araşdırma aparılır.

12:00 - 2 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin