Sabah Sabirabad, Salyan və Saatlı rayonlarının bəzi küçə və kəndlərinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Asayis.az-a Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyulun 14-də saat 10:00-dan işlər yekunlaşanadək Sabirabad şəhərinin bəzi küçələrinin, Salyan rayonunun Kürsəngi, Yenikənd, Şəkərli, Həsənli, Qardilli kəndlərinin və Saatlı rayonunun Günəşli, Qarayevkənd, Fətəlikənd, Xanlarkənd, Çolpu və Azadkənd kəndlərinin qaz təchizatında fasilə olacaq.
