Rusiyada həbsdə olan azərbaycanlı vəkil Elman Paşayev 5 milyon rubl (təxminən 101 min AZN) dəyərində “Rənc Rover” markalı avtomobilinin üzərinə qoyulmuş həbsin ləğvinə çalışıb.
Asayis.az xəbər verir ki, bu barədə “Maş” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, avtomobil 2024-cü ilin sentyabr ayında məhkəmə icraçıları tərəfindən müsadirə edilib və ümumi məbləği 36,5 milyon rubldan çox olan borcun bir hissəsi olaraq cərimə dayanacağına qoyulub.
Paşayev şikayətində Müdafiə Nazirliyi ilə mövcud müqaviləsini və Ukraynadakı müharibədə iştirakı ilə əlaqədar icraatının dayandırılmasını əsas gətirərək avtomobilinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çalışıb. Lakin məhkəmə bu arqumentləri inandırıcı hesab etməyərək, onun tələbini rədd edib və avtomobil hərraca çıxarılıb.
Qeyd edək ki, Elman Paşayevlə bağlı maliyyə iddiaları 2012-ci ilə gedib çıxır. Həmin vaxt Nikolay Deryabin şəxs hüquqi xidmətlər üçün Paşayevə pul vermişdi. Lakin vəkil heç vaxt işə başlamayıb və sonradan öhdəliklərindən imtina etmişdi. Vəkil sonradan pulun bir hissəsi geri qaytarsa da, Moskva Şəhər Məhkəməsi 2022-ci ildə qalan məbləğin faiz və cərimələrlə birlikdə geri qaytarılmasına qərar vermişdi.
Hazırda Elman Paşayev dələduzluq ittihamı ilə həbsdə yatır.
