Qanunsuz yaşayan 132 əcnəbi ölkədən çıxarıldı

 Qanunsuz yaşayan 132 əcnəbi ölkədən çıxarıldı

Cari ilin iyul ayı ərzində ölkə hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən 132 qərar qəbul edilib.

Bu barədə Asayis.az-a DMX-dən məlumat verilib.

Bildirilib ki, həmçinin Azərbaycanın imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində bu ilin iyul ayı ərzində Avropa ölkələrindən 93 şəxsin ölkəyə readmissiyası həyata keçirilib.

13:26 - 13 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin