Qanunsuz tikintilərin qarşısı alınıb - FOTO

 Qanunsuz tikintilərin qarşısı alınıb - FOTO

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində müvafiq icazəverici sənədlər olmadan tikinti işlərinin aparılması faktları aşkar edilib.

Fövqəladə Hallar Nazirliyindən Asayis.Az-a verilən məlumata görə, göstərilən məsələ ilə əlaqədar FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən görülmüş müvafiq tədbirlərlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə tikilməkdə olan qanunsuz obyektlərin sökülməsi təmin edilib.

14:22 - 2 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin