BŞİH-in qarşısında civəli termometr bərpa edildi - Foto

 BŞİH-in qarşısında civəli termometr bərpa edildi - Foto

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) qarşısında civəli termometr bərpa edilib.

Asayis.az xəbər verir ki, həmin məkanda termometr hələ sovet dövründə quraşdırılıb və uzun illər şəhərin tanınan elementlərindən biri olub.

Termometr müstəqillik illərində də orada olub, lakin sonrakı dövrdə buradan götürülüb.

Qeyd edək ki, dünyanın bir sıra məşhur paytaxt və böyük şəhərlərində küçə termometrlərindən istifadə geniş yayılmış şəhər ənənələrindəndir.

11:28 - 13 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin