Masazırda futbol azarkeşləri arasında insident... - DİN

 Masazırda futbol azarkeşləri arasında insident... - DİN

Abşeron rayonunda futbol azarkeşləri arasında baş vermiş insidentlə bağlı cinayət işi başlanıb.

Bu barədə Asayis.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, avqustun 11-də Masazır qəsəbəsində yerləşən "Bank Respublika Arena" stadionunun qarşısında futbol klublarının azarkeşləri arasında baş vermiş insidentlə bağlı araşdırmalar davam etdirilir.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və hadisə iştirakçıları tutularaq istintaqa cəlb olunub.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, ötən gün "Sabah" komandası UEFA Avropa Liqasında əsas mərhələni təmin edib.

Azərbaycan çempionu qitənin bir nömrəli klub turnirində Danimarka təmsilçisi "Orhus"u mübarizədən kənarlaşdırıb.

Səfərdə 1:2 hesabı ilə uduzan komanda evdə rəqibini 4 cavabsız qolla üstələyib.

16:32 - 12 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin