37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi

 37 nəfər Almaniyadan Azərbaycana geri gətirildi

Azərbaycan vətəndaşı olan 37 nəfər avqustun 11-də Almaniyadan geri qəbul edilib.

Bu barədə Asayis.az-a Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib.

Bildirilib ki, proses "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində baş tutub.

10:10 - 12 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin