"Dərnəgül" deposu tarixində ilk qatarı qəbul etdi

İnşaat işlərinin ikinci mərhələsi yekunlaşan "Dərnəgül" elektrik deposu tarixində ilk qatarı qəbul edib.

Bu barədə Asayis.az-a "Bakı Metropoliteni" QSC-də məlumat verilib.

Qeyd olunub ki, deponun qismən istismara verilməsi üçün sınaq qatarının hərəkəti uğurla tamamlanıb, depo yolları bütün lazımi texniki parametrlər üzrə yoxlanılıb.

Yeni depoda Yaşıl xətdə hərəkət edəcək qatarların təmir-baxışı, qulluğu, gecələməsi və digər zəruri tədbirlər həyata keçiriləcək.

"Dərnəgül" deposunun istismara verilməsi Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin tərkib hissəsi kimi, metropolitendə xidmət keyfiyyətinin artırılması, sıxlıq və intervalların azaldılmasında xüsusi əhəmiyyət daşıyır.

20:58 - 11 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin