Lənkəranda meşədən kişi və qadın meyitləri tapıldı

 Lənkəranda meşədən kişi və qadın meyitləri tapıldı

Lənkəranda itkin kimi axtarılan iki nəfərin meyiti tapılıb.

Asayis.az xəbər verir ki, hadisə Lənkəran rayonunun Havzava kəndində baş verib.

Məlumata görə, bir neçə gündür ailə üzvləri tərəfindən axtarılan 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın meyiti Lənkəranda "İbadi" deyilən meşəlik ərazidə aşkarlanıb.

Hazırda hər iki şəxsin ölüm səbəbləri araşdırılır.

Meyiti tapılan şəxslərin qohum olduqları bildirilir.

17:34 - 11 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin