"Express Business” tətbiqində yeni funksionallıq istifadəyə verilib

“Expressbank”ın biznes müştəriləri üçün nəzərdə tutulmuş “Express Business” mobil tətbiqində Dövlət Xəzinədarlığı Agentliyi ƏDV ödənişləri funksionallığı istifadəyə verilib.

Bu yeni funksionallıq biznes müştərilərinə ƏDV üzrə ödənişlərini bank filialına müraciət etmədən, “Express Business” mobil tətbiqi vasitəsilə istənilən vaxt və məkanda həyata keçirməyə imkan verir. Beləliklə, sahibkarlar ödənişlərini daha çevik idarə etməklə yanaşı, gündəlik maliyyə əməliyyatlarının idarə olunmasında rəqəmsal bankçılıq imkanlarından daha geniş yararlana bilirlər.

Biznes əməliyyatlarınızı daha rahat idarə etmək üçün “Express Business” mobil tətbiqini indi yükləyin.

“Expressbank”ın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın İnstaqram, Feysbuk, Linkedin və Teleqram sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.

“Expressbank” ASC ARMB tərəfindən 1992-ci il 30 dekabr tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəhəri, Y.V.Çəmənzəminli küçəsi, 134C.

16:26 - 11 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin