Dünənki qəzada ölənlərin sayı 4-ə çatdı

 Dünənki qəzada ölənlərin sayı 4-ə çatdı

Balakən rayonunda avqustun 10-da baş verən zəncirvari qəzada xəsarət alan şəxslərdən daha biri ölüb.

Asayis.az Report-a istinadla xəbər verir ki, hadisə nəticəsində xəsarət alan 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov müalicə olunduğu xəstəxanada həyatını itirib.

Qeyd edək ki, qəza zamanı üç avtomobil toqquşub, üç nəfər ölüb, iki nəfər xəsarət alıb.

12:22 - 11 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin