Gəncədə tələbələr arasında kütləvi dava FOTO

 Gəncədə tələbələr arasında kütləvi dava FOTO

Gəncədə tələbələr arasında kütləvi dava olub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Daxili İşlər Nazirliyi (DİN) Gəncədə tələbələr arasında kütləvi dava ilə bağlı açıqlama yayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Asayis.Az-a bildirib ki, noyabr ayının 18-da Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Gəncə şəhər Olimpiya Kompleksində Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbləri arasında futzal yarışında müşahidə olunan mübahisə ilə bağlı araşdırma başlayıb.

Gəncə şəhər Baş Polis İdarəsində aparılan araşdırmaların nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.

22:55 - 1 Dekabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin