Dövlət sərhədində 40 kq narkotik dövriyyədən çıxarıldı

 Dövlət sərhədində 40 kq narkotik dövriyyədən çıxarıldı

Dövlət sərhədində 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb.

Bu barədə Asayis.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 35 kiloqram 85 qram narkotik vasitə və 1980 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

11:04 - 11 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin