Ağstafada kişi meyiti tapıldı

 Ağstafada kişi meyiti tapıldı

Ağstafada kişi meyiti aşkarlanıb.

Asayis.az APA-ya istinadla xəbər verir ki, meyit rayonun Həsənsu kəndində qəbiristanlığın yaxınlığında tapılıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Araşdırma zamanı meyiti aşkarlanan şəxsin rayon sakini, 1980-ci il təvəllüdlü Z.Yolçiyev olduğu müəyyənləşdirilib.

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertizanın və Patoloji Anatomiya Birliyinin Publik Hüquqi Şəxsinin Ağstafa rayon şöbəsinə təhvil verilib.

Ölümün səbəbi hələlik məlum deyil.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.

10:26 - 11 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin