Bakının bu ərazilərində qaz olmayacaq

 Bakının bu ərazilərində qaz olmayacaq

Paytaxtın bəzi ərazilərində qaz kəsiləcək.

Asayis.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Qeyd olunub ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Binə qəsəbəsinin Ə.İsazadə küçəsinin, Nardaran qəsəbəsinin Abşeron, Ə.Tağıyev, M.İbrahimov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

22:20 - 10 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin