Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı

 Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşaq sağ qaldı

Sumqayıtda eyvandan yıxılan 10 yaşlı uşaq sağ qalıb.

Asayis.az Report-a istinadla xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində yerləşən doqquzmərtəbəli yaşayış binalarından birində baş verib.

2016-cı il təvəllüdlü Tunar Mahmud oğlu Yəhyayev ehtiyatsızlıq nəticəsində yaşadığı mənzilin 5-ci mərtəbəsinin eyvanından yıxılıb.

Uşaq aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

12:24 - 10 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin