Pirşağıda batan 16 yaşlı oğlanın meyiti tapıldı

 Pirşağıda batan 16 yaşlı oğlanın meyiti tapıldı

Sabunçu rayonu, Pirşağı qəsəbəsində avqustun 6-da ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə batan 2010-cu il təvəllüdlü Asiman Elaqif oğlu Seyidəmirovun meyiti tapılıb.

Bu barədə Asayis.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, meyit FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

11:58 - 8 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin