Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

 Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Avqustun 9-u axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 11-dək əsasən dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir.

Bu barədə Asayis.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

17:24 - 7 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin