Bank kartları ilə bağlı məhdudiyyətlər qüvvəyə mindi

 Bank kartları ilə bağlı məhdudiyyətlər qüvvəyə mindi

Bu gündən etibarən Azərbaycanda bank kartlarına nağdsız mədaxil əməliyyatları üzrə yeni məhdudiyyətlər tətbiq olunub.

Asayis.az xəbər verir ki, bununla bağlı artıq bir sıra banklar müştərilərinə SMS və mobil tətbiq üzərindən bildirişlər göndərməyə başlayıb.

Yeni qaydalara əsasən, bir karta gün ərzində nağdsız mədaxil əməliyyatlarının sayı maksimum 5, aylıq ümumi mədaxil məbləği isə 20 000 manat olacaq.

Kartlardan həyata keçirilən köçürmələrə isə hər hansı məhdudiyyət tətbiq edilməyəcək.

00:10 - 6 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin