Azərbaycanla Türkiyə arasında ortaq universitet olan Türkiyə-Azərbaycan Universiteti haqda maraqlı videoçarx hazırlanıb.
Asayis.az xəbər verir ki, videoçarxda 2024-cü ildə fəaliyyətə başlayan universitetin üstünlükləri barədə geniş izah verilib.
Bildirilib ki, hazırda universitetdə 3 ixtisas üzrə tədris aparılır.
İki qardaş ölkənin prezidentlərinin təşəbbüsü ilə yaradılmış və hazırda ölkəmizdə fəaliyyət göstərən bu universitetdə tədris tamamilə ingilis dilindədir.
Qeyd edək ki, Türkiyə-Azərbaycan Universitetində təhsil dövlət hesabınadır.
Həmin videoçarxı təqdim edirik:
