Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı

 Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı

Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Nuridə Rafiq qızı Məmmədova vəzifəsindən azad olunub.

Asayis.az Teleqraf-a istinadən xəbər verir ki, N.Məmmova yaşayış yerini dəyişdiyi üçün öz istəyi və ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.

N.Məmmova əmək fəaliyyəti dövründə bir sıra rəhbər vəzifələrdə çalışıb. O, 2017–2021-ci illərdə Lənkəran Regional Onkoloji Xəstəxanasının baş həkimi, 2022–2025-ci illərdə Lənkəran RMX Regional Perinatal Mərkəzinin rəhbəri, 2025-ci ildə isə cərrahi işlər üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərib.

O, 2025-ci ilin avqust ayından Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru vəzifəsində çalışıb.

21:10 - 3 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin