Öncə arvadını sonra özünü bıçaqladı - Kişi öldü, qadın sağdır

 Öncə arvadını sonra özünü bıçaqladı - Kişi öldü, qadın sağdır

Abşeronda dəhşətli cinayət törədilib.

Asayis.az lent.az-a istinadla xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Zaqatala sakini Tərlan İbrahimov yaşadığı evdə 1978-ci il təvəllüdlü həyat yoldaşını və özünü bıçaqlayıb.

Nəticədə kişi ölüb, qadın isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Prokurorluğu tərəfindən araşdırma aparılır.

15:42 - 3 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin