İki gün əvvəl dənizdə batan gəncin meyiti sahildə tapıldı

 İki gün əvvəl dənizdə batan gəncin meyiti sahildə tapıldı

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə batan şəxsin meyiti tapılıb.

Bu barədə Asayis.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, avqustun 1-də Bilgəh qəsəbəsi, "Daçnik" adlanan və ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km kənarda nəzarətsiz ərazidə dənizdə batan 2000-ci il təvəllüdlü Nizam Rüfət oğlu Kazımovun meyiti sahildə aşkar edilib.

14:52 - 3 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin