Ermənilər Ağdam və Şuşanı atəşə tutdu - Nazirlik məlumat yaydı

 Ermənilər Ağdam və Şuşanı atəşə tutdu - Nazirlik məlumat yaydı

Noyabrın 30-u saat 14:40-dan saat 15:50-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Şuşa və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Bu barədə Asayis.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

20:41 - 30 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin