Hacıqabulda ağır qəza: ölən var

 Hacıqabulda ağır qəza: ölən var

Hacıqabulda baş verən qəzada bir nəfər ölüb.

Asayis.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 108-ci kilometrliyində Hacıqabul rayonunun Pirsaat kəndi ərazsində qeydə alınıb.

Məlumata görə, "Kamaz" markalı yük maşını ilə BYD markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü yüngül xəsarət alsa da, avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı, Beyləqan rayon sakini 1979-cu il təvəllüdlü İbadova Svetlana Ocaqverdi qızı həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

17:28 - 2 Avqust 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin