Qala qəsəbəsi telefonsuz qaldı

 Qala qəsəbəsi telefonsuz qaldı

Bakıda telefon "kabel"i oğurlayan şəxs həbs edilib.

Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə  yanvarın 17-də Qala qəsəbəsi ərazisində Bakı Telefon Rabitəsi MMC-yə məxsus 230 metr yeraltı rabitə naqilinin kəsilərək oğurlanması barədə məlumat daxil olub.
Bakı Şəhər Baş Polis İdarəsi və 3-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Şəki rayon sakinləri Ə.Həsənov, H.Mikayılzadə və T.Süleymanov müəyyən edilərək saxlanılmışlar.
Araşdırma aparılır.

11:13 - 21 Yanvar 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin