Əsədovdan qərar: 3 yeni ixtisas əlavə edildi

 Əsədovdan qərar: 3 yeni ixtisas əlavə edildi

Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların təsnifatında dəyişiklik edilib.

Asayis.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, "Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı”nın “56. Hüquq elmləri” bölməsinə “5615.01 Mülki proses” ixtisasından sonra aşağıdakı ixtisaslar əlavə edilib:

- Ədalət mühakiməsi hüququ

- Hava hüququ və hava məkanının təhlükəsizliyi

- Mədəniyyət hüququ

17:16 - 30 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin