Bakıda yük maşını sərnişin avtobusu ilə toqquşdu - Video

 Bakıda yük maşını sərnişin avtobusu ilə toqquşdu - Video

Bakıda 107 saylı marşrut xətti ilə hərəkət edən avtobus eyni istiqamətdə olan yük maşınının arxasına çırpılıb.

Asayis.az lent.az-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində qeydə alınıb.

Qəza zamanı avtobusda sərnişinin olmadığı bildirilib.

Buna baxmayaraq, avtobusa ciddi ziyan dəyib.

11:06 - 29 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin