İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə təhsil Mərkəzinə yeni direktor təyin edilib.
Asayis.az Unikal.az-a istinadla xəbər verir ki, bu vəzifəyə Səbinə Hacıyeva təyinat alıb.
Qeyd edək ki, S.Hacıyeva 2025-ci ildə “Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”nin tədris və təlim işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib, daha sonra həmin Mərkəzin direktoru vəzifəsinin icrası ona həvalə olunub.
