Bakıda iki küçənin təmirinə 23 milyon pul ayrılacaq

 Bakıda iki küçənin təmirinə 23 milyon pul ayrılacaq

Bakının Nərimanov rayonunda yerləşən Təbriz küçəsinin A. Nemətulla küçəsi ilə kəsişməsindən Ə. Ağaoğlu küçəsi ilə kəsişməsinədək olan hissəsində abadlıq-yenidənqurma işləri həyata keçiriləcək.

Asayis.az Report-a istinadla xəbər verir ki, bununla bağlı elan olunan tenderin qalibi "Qrand Dizayn Konstrakşn" MMC-dir.

Bunun üçün Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC şirkətə 22 milyon 966 min 964 manat ödəyəcək.

11:30 - 25 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin