Bakı İstintaq Təcridxanasının sabiq rəisi öldü - Foto

 Bakı İstintaq Təcridxanasının sabiq rəisi öldü - Foto

Tanınmış penitensiar xidmət əməkdaşı, Bakı İstintaq Təcridxanasının sabiq rəisi Elxan Sadıqov vəfat edib.

Asayis.az Sfera.az-a istinadla xəbər verir ki, Elxan Sadıqov uzun illər Azərbaycan penitensiar sistemində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

O, 2009-cu ilin may ayından Bakı İstintaq Təcridxanasının rəisi vəzifəsini icra edib. Bundan əvvəl isə Şüvəlan İstintaq Təcridxanasına, həmçinin 10 və 13 saylı cəzaçəkmə müəssisələrinə rəhbərlik edib.

Elxan Sadıqov 2013-cü ildə yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

11:02 - 25 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin