Jurnalist İlkin Zərbəliyev vəfat edib.
Asayis.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.
Qeyd edək ki, televiziya sahəsində fəaliyyət göstərən İlkin Zərbəliyev 1977-ci ildə Kürdəmirdə anadan olub.
2000-ci ildən 2014-cü ilə qədər "Lider" Televiziyasının "Səda” xəbərlər buraxılışı üçün reportajlar hazırlayıb.
O, uzun illər idi ki, dağınıq skleroz xəstəliyindən əziyyət çəkirdi.
İlkin Zərbəliyev doğulduğu Kürdəmir rayonunda torpağa tapşırılıb.