İranda azərbaycanlı gənc həbsdən çıxan kimi intihar etdi - FOTO

 İranda azərbaycanlı gənc həbsdən çıxan kimi intihar etdi - FOTO

Şərqi Azərbaycan əyalətinin Culfa şəhərindən olan Arşiya Əlizadə həbsdən buraxıldıqdan sonra intihar edib.

Asayis.Az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Yeniyetmənin ailəsinin məsələni ictimailəşdirməməsi üçün İran təhlükəsizlik qüvvələri tərəfindən təhdid edildiyi bildirilir. İnsan haqları təşkilatlarının açıqlamasına görə, Arşiya Əlizadəyə həbsxanada təzyiq göstərilib və o, sarsıntı keçirərək intihara əl atıb.

Qeyd edək ki, mollanın əmmaməsini başından götürdüyünə görə həbs edilən azərbaycanlı yeniyetmə 10 gün həbsdə saxlanıldıqdan sonra girov qarşılığında müvəqqəti sərbəst buraxılıb. Lakin iki gün sonra özünü öldürüb.

14:00 - 29 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin