“Sülhməramlılar Putinə hörmətsizlik edirlər” - Siyavuş Novruzov

 “Sülhməramlılar Putinə hörmətsizlik edirlər” - Siyavuş Novruzov

“Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingenti Azərbaycan toponimlərinin adlarını erməni adı ilə təqdim edir”.

Asayis.Az oxu.az-a istinadla xəbər verir ki, bunu parlamentin iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, Rusiya sülhməramlıları Rusiya Prezidenti Vladimir Putinin imzasına hörmətsizlik nümayiş etdirir.

“10 Noyabr Bəyanatının altına imza atanlardan biri də Rusiya prezidentidir. Sülhməramlılar Rusiya prezidentinə də hörmətsizlik edirlər”, - deyə o əlavə edib.

O bildirib ki, Milli Məclisin Regional məsələlər komitəsi Rusiya Dumasının müvafiq komitəsinə etiraz edəcək.

13:30 - 29 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin