Bakı metrosunda qadının çantası oğurlandı - Polis axtarışa başladı

 Bakı metrosunda qadının çantası oğurlandı - Polis axtarışa başladı

Bakı metrosunda qadının cüzdanı oğurlanıb.

Bu barədə Asayis.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Metropolitendə Polis Şöbəsinə metronun “Koroğlu” stansiyasında bir qadının çantasından içərisində 200 manat pulu, bank kartı və açarları olan cüzdanının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəcəb Mehdiyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

13:10 - 29 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin