Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada saxlanıldı

 Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada saxlanıldı

Azərbaycanın İnterpol vasitəsilə beynəlxalq axtarışa verdiyi şəxslərdən biri tutulub.

Asayis.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham olunan 1992-ci il təvəllüdlü Elnur Salamzadə Rusiya Federasiyası ərazisində saxlanılıb.

Onun Azərbaycana ekstradisiya edilməsi məqsədilə tədbirlər görülür.

Qeyd edək ki, E.Salamzadə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə axtarışa verilib.

13:00 - 29 Noyabr 2022

Ən son xəbərləri səhifəmizdən də izləyin