Nikah və boşanmaların sayı azaldı

 Nikah və boşanmaların sayı azaldı

Bu ilin ilk beş ayında (yanvar-may) Azərbaycanda nikah və boşanmaların sayı azalıb.

Bu barədə Asayis.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, cari ilin ilk beş ayında 15 107 nikaha daxilolma və 8 087 boşanma halları qeydə alınıb.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 4,7-dən 3,6-ya, boşanmaların sayı isə 2-dən 1,9-a düşüb.

10:22 - 21 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin