TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda

 TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda

Bank sektorunda dayanıqlığı ilə seçilən, müştərilərin inam və rəğbətini qazanan, biznesdə etibarlı tərəfdaş imicini illər ərzində qoruyub saxlayan TuranBank özünün xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq Bankın Gəncə filialını yeni ünvana köçürərək müştərilərin istifadəsinə verib. Baş tutan açılış mərasimində Bankın rəhbər şəxsləri iştirak edib.

Belə ki, bundan sonra filial Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 234 ünvanında yerləşən daha geniş və müasir standartlara cavab verən yeni ofis binası ilə şəhər sakinlərinin və biznes subyektlərinin xidmətlərdən daha operativ və rahatlıqla istifadə etməsini təmin edəcəkdir. Bütün zəruri imkanlara malik olan Gəncə filialı müştərilərin bank xidmət və məhsullarına əlçatanlığının təmin olunmasına şərait yaradacaqdır.

Qeyd edək ki, ölkənin iqtisadi və mədəni həyatında fəal iştirak edən TuranBank əhaliyə, mikro, kiçik və orta sahibkarlığa dəstək göstərən layihələr həyata keçirməklə qeyri-neft sektorunun sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət kimi sahələrinin və ümumilikdə, regionların sosial-iqtisadi inkişafında öz töhfəsini verməkdədir. Bank müştərilərə loyal münasibət göstərən, onlara rahat və keyfiyyətli xidmət, çevik və rəqabətqabiliyyətli şərtlərə malik məhsul təklif edən, cəmiyyətin sosial həyatında aktiv iştirak edən maliyyə qurumu kimi tanınmaqdadır.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi yeni xidmətlə bağlı ətraflı məlumatı rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

TuranBank

Bizimlə etibarlıdır...

15:56 - 20 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin