6 ayda 23 min uşağa reabilitasiya xidmətləri göstərilib

 6 ayda 23 min uşağa reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisələrində cari ilin birinci yarımilində 22552 uşağa reabilitasiya xidmətləri göstərilib.

Asayis.az xəbər verir ki, onlardan əlilliyi olan 1089 uşaq stasionar, 13240 uşaq ambulator, digərləri icma əsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Bu kateqoriyaya aid uşaqlar Nazirliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

15:38 - 20 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin