Bakıda nərd turniri keçiriləcək

 Bakıda nərd turniri keçiriləcək

Bakıda həvəskar kişilər və qadınlar arasında nərd turniri keçiriləcək.

Asayis.az xəbər verir ki, yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümü münasibətilə təşkil olunacaq.

Turnir 24 iyul 2026-cı il saat 11:00-da İçərişəhərdə, “Qız qalası” abidəsinin ətrafındakı açıq məkanda keçiriləcək.

Qaliblər diplom və medallarla təltif olunacaqlar.

21:02 - 19 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin