Bu gün bu rayonda qaz olmayacaq

 Bu gün bu rayonda qaz olmayacaq

Bu gün Cəlilabad rayonunun bir sıra yaşayış məntəqələrində qaz olmayacaq.

Asayis.az xəbər verir ki, buna səbəb aparılacaq təmir işləridir.

Belə ki, saat 10:00-dan işlər başa çatanadək Cəlilabad rayonu üzrə 3 165 abonentin (Səttərxan 1-2, H.Aslanov və M.Hadi küçələri, habelə Hasıllı, Hacıismayıllı və Seyidbazar kəndləri) mavi yanacaqla təchizatında fasilə yaranacaq.

00:16 - 17 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin