Prokurorluğun əməkdaşı vəzifəsindən azad edildi

 Prokurorluğun əməkdaşı vəzifəsindən azad edildi

Bu ilin altı ayı ərzində prokurorluq əməkdaşları tərəfindən xidməti, icra və əmək intizamı qaydalarına riayət olunmasına ciddi nəzarət edilməklə, Bakı şəhər prokurorluq orqanlarının 1 əməkdaşının intizam tənbeh tədbiri qismində tutduğu vəzifədən azad olunması qeyd edilib.

Asayis.az xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunda bu gün keçirilən əməliyyat müşavirəsində bildirilib.

Əməliyyat müşavirəsində Bakı şəhər prokurorunun müavinləri və tabe rayon prokurorları hesabat məruzəsi ilə çıxış edərək, görülən işlərin vəziyyəti barədə məlumat verib, yol verilmiş nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyini bildiriliblər.

18:32 - 16 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin