Nəriman Həsənzadənin vəziyyəti ağırdır

 Nəriman Həsənzadənin vəziyyəti ağırdır

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır-stabil olaraq qalır.

Bu barədə Asayis.az-a açıqlamasında şairin köməkçisi Arif Mehmandost deyib.

“Reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır. Huşu yerindədir, danışır, lakin tam özünə gələ bilməyib. Böyrək çatışmazlığı diaqnozu qoyulub”, - o bildirib.

Qeyd edək ki, 95 yaşlı xalq şairi iyun ayının sonlarında xəstəxanaya yerləşdirilib.

11:52 - 17 İyul 2026

Ən son xəbərləri səhifəmizdən də izləyin